Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Əfqan Sadıqovu azad etməyə çağırıb

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Əfqan Sadıqovu azad etməyə çağırıb
6 Noyabr 2020
Mətni dəyiş

“Azərbaycan hakimiyyəti jurnalist Əfqan Sadıqovu azad etməli və bütün ittihamları onun üzərindən götürməlidir”. Bu barədə “Azel TV” İnternet nəşrinin rəhbəri Əfqan Sadıqovun 7 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.

Noyabrın 3-də Ə.Sadıqov pul tələb etmək ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları təkzib edib və peşə fəaliyyəti ilə əlaqədar təqib olunduğunu bildirib. Ə.Sadıqov etiraz əlaməti olaraq noyabrın 4-də aclıq elan edib. Müdafiə tərəfi apellyasiya verəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun