Finlandiya koronavirusla mübarizədə istifadə etdiyi yeni silahların adı Kossi, ET və Miinadır.
Bu, misilsiz qoxu hissi olan uç axtarış itindən Helsinkinin Vantaa aeroportunda xəstəlik daşıyan sərnişinləri aşkar etmək üçün istifadə edilir.
Finlandiyada keçirilən bu sınaqlara "Ağıllı Burun" təşkilatından Soile Turunen nəzarət edir. "Müştəri rəyləri müsbət oldu. İt testi çox tez olur, nümunə götürməklə nəticə əldə etmək təxminən iki dəqiqə çəkir" - deyə, Turunen bildirir.
İtlər o qədər populyar olub ki, bəzi sərnişinlər itlərin onları iyləməsi üçün könüllü olaraq növbəyə durur.
Vantaa merinin müavini Timo Aronkitonun fikrincə erkən nəticələr ürəkaçandır, belə ki, itlərin virusu aşkar etmə nisbəti PCR laboratoriya testləri ilə demək olar ki, eyni olub.
"Aeroportda 16-17 min insana laboratoriya testi etdik və cəmi 1 faizdən azı müsbət çıxdı. Əgər bu itlər laboratoriya testləri ilə müqayisədə 1 faizdən az səhv edirlərsə, düşünmürəm ki, statistik bir fərq var" - deyə, Timo Aronkito bildirib.
Dünyadakı bir neçə sınaqdan alınan erkən nəticələr iy hissi güclü olan itlərin koronavirusa yoluxmuş insanları dəqiqliklə aşkar edə biləcəyini və pandemiya ilə mübarizədə onlardan yaxından istifadə olunacağına ümidləri artırır.
Britaniyada da qoxu hissi güclü olan itlərin sınaqları davam edir. London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Ceyms Loqan koronavirus yayılan zaman malyariyanın aşkarlanması üçün itlərdən istifadə layihəsi üzərində işləyirdi.
"Bir itin burnunun nələrə qadir olması tamamilə təəccüblüdür. Biz trilyon dənə hissəcikdən danışırıq. Bu, iki olimpiya ölçülü üzgüçülük hovuzunda iki çay qaşığı şəkər tozunu axtarmağa bənzəyir,” - deyə, Loqan Amerikanın Səsinə bildirib.
Loqan mart ayında baş verən pandemiyadan sonra itlərin koronavirusu aşkar edib-etməyəcəyi ilə maraqlanıb.
Dünyadakı bir neçə sınaqdan alınan erkən nəticələr qoxu hissi güclü olan itlərin koronavirusa yoluxmuş insanları təəccüblü bir dəqiqliklə aşkar etdiyinə və pandemiya ilə mübarizədə onlardan yaxından istifadə olunacağına dair ümidləri artırdığını göstərib.