İranın Şərqi Azərbaycan vilayəti intihar baxımından ölkə vilayətləri arasında yeddinci yerdə gəlir.
İSNA xəbər agentliyinin yaydığı məlumata əsasən, Şərqi Azərbaycan Sağlamlıq Mərkəzinin rəsmisi vilayətin intihar baxımından ölkə vilayətləri arasında ilk onluqda yer aldığını bildirib.
Statistika göstərir ki, vəziyyət 10 il əvvəllə müqayisədə heç də ürəkaçan deyil və sosial rifahın yaxşılaşdırılmasına doğru irəliləyiş olmasa, vilayətdə intihar cəhdləri baxımdan vəziyyət daha da pisləşə bilər.
Dr. Vahab Əsl-Rəhimi qadınlarda müəyyən edilə bilən dərin nigaranlıq, depressiya və intihara meyl hallarının kişilərdən daha çox olduğunu söyləyib. Onun sözlərinə görə, İranda psixi sağlamlıq, xüsusən də qadınların psixi sağlamlığının qorunması istiqamətində ciddi tədbir görülür və qadınlara qarşı seksist yanaşma və onların ailə və cəmiyyətdəki çoxsaylı öhdəlikləri qadınları rifahına təhlükə törədir.
O, mətbuatda intiharla bağlı xəbərlərin xüsusiyyətləri ilə bağlı deyib ki, "mediada yayılan xəbərlərdə insanların özlərinə qayğı motivasiyanın artmasına, bu cür hallardan sonra cəmiyyətin bu məsələdə iştirakının artmasına və həyat tərzinin yaxşılaşdırılmasına diqqət yetirilməlidir."
Əsl-Rəhimi İranda psixi sağlamlıq indeksinin ciddi şəkildə pisləşdiyini bildirib.
Onun dediklərinə görə, İranın Ədli Tibb illik hesabatı göstərir ki, keçən il ölkədə 5,143 nəfər intihar edib, bunlardan 3,626-sı kişi, 1,517-si isə qadın olub. 2018-ci ildə isə İranda 5,101 nəfər intihar edib. Bu isə onu göstərir ki, 2019-da intihar edənlərin sayı 2018-ci il ilə müqayisədə 0,8% artıb. Statistika İranda gənclər, Avropa və Amerika ölkələrində isə yaşlılar arasında intihar hallarının daha yüksək olduğunu göstərir.
İntihara səbəb olan başlıca amillər arasında depressiya, bipolyar pozuntu, şizofreniya kimi psixi xəstəliklər yer alır. İntihara həmçinin maddi çətinliklər, münasibətlərdə problemlər və ya bullinq də səbəb ola bilər.