İranın xüsusi xidmət orqanları nüvə fizikası üzrə ailm Möhsün Fəxrizadənin qətlində şübhəli bilinən 4 nəfərin fotosunu bütün mehmanxanalara paylayıb.
Bunu iranlı jurnalist Məhəmməd Əhvaz tvitter səhifəsində yazıb.
Xüsusi xidmət orqanlarından mehmanxana sahiblərinə bildiriblər ki, oteldə gördükləri halda həmin şəxsləri mehmanxanaya yerləşdirib, onlara məlumat versinlər.
Qeyd edək ki, noyabrın 27-də İranın nüvə fiziklərindən olan M.Fəxrizadə qətlə yetirilib. Rəsmi Tehran qətlin sifarişçisinin İsrail hökuməti olduğunu bildirib.
ورد الآن : الإستخبارات الإيرانية قامت بتوزيع هذه الصور على جميع الفنادق في إيران بتهمة المشاركة في عمليات إغتيال كبير العلماء النوويين الإيرانيين محسن فخري زاده وطلبت من أصحاب الفنادق إستقبالهم من ثم الإبلاغ عن تواجدهم فوراً. pic.twitter.com/rTLQa8Ngqn
— M.Majed محمد مجيد (@MohamadAhwaze) November 29, 2020