Noyabrın 23-də İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Moskvaya səfər edəcək və rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Səfərdə məqsəd Dağlıq Qarabağ ətrafında mövcud vəziyyəti öyrənməkdir. Bu barədə cümə axşamı RF XİN mətbuat xidməti məlumat yayıb.
İRNA agentliyinin məlumatına görə, Zərif Moskvadan Bakıya gələcək və həmin məsələni burada müzakirə edəcək.