İngiltərə və Fransa La Kanal üzərindən qanunsuz miqrasiyanı dayandırmağı hədəfləyən müqavilə imzalayıb.
Britaniyanın daxili işlər naziri Priti Patel dekabrın 1-dən başlayaraq Fransa sahillərində patrul xidmətlərinin iki dəfə artırılacağını, pilotsuz təyyarələr və radar da daxil olmaqla, texnologiyalardan gələcək miqrant keçidlərinin aşkarlanmasında istifadə ediləcəyini deyib.
Patel razılaşmanın iki ölkənin “kanal keçidlərinin tamamilə aşılmazlığınl” təmin edəcəyini bildirib.
Onun sözlərinə görə, son 10 ildə İngiltərə immiqrasiya ilə mübarizə üçün Fransaya 200 milyon dollar vəsait ödəyib.
Bu il yanvarın 1-dən avqusta qədər 6000-dən çox insan kanalı keçməyə cəhd göstərib.
Fransa rəsmiləri sentyabr ayında İngiltərəyə çatmağa çalışan 1300-dən çox insanı tutduqlarını bildirib.
Bu il İngiltərəyə keçməyə çalışan yeddi nəfər, keçən il isə dörd nəfər həyatını itirib.