"Hələlik bunu deyə bilərəm ki, Şuşaya bir nəfəs qədər yaxınıq"
Noyabrın 2-si Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərliyi ilə Türkiyənin nümayəndə heyəti Azərbaycana gəlib və prezident İlham Əliyev nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinin üzvü Kürşad Zorlu görüşlə bağlı "Haber Türk"-də məqalə yazıb.
O yazısında qeyd edib ki, Binəli Yıldırımın "Şuşada vəziyyət necədir?" sualına İlham Əliyev cavab olaraq bildirib ki, "Hələlik bunu deyə bilərəm ki, Şuşaya bir nəfəs qədər yaxınıq"