İlham Əliyev Şuşanın azad olunması münasibətilə general Hikmət Mirzəyevi təbrik edib

İlham Əliyev Şuşanın azad olunması münasibətilə general Hikmət Mirzəyevi təbrik edib
9 Noyabr 2020
Mətni dəyiş

Prezident İlham Əliyev Şuşa şəhərinin işğalçılardan azad edilməsi münasibətilə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevi təbrik edib. 

Məlumata görə, bununla bağlı İlham Əliyev general-leytenant Hikmət Mirzəyevə zəng edib. Bu barədə prezidentin “Twitter” hesabında açıqlama yayılıb. Dövlət başçısı Şuşanın azad edilməsində qəhrəmancasına və rəşadətlə iştirak etmiş hərbi qulluqçulara, silahlı Qüvvələrimizin bütün şəxsi heyətini təbriklərini çatdırıb. General-leytenant Hikmət Mirzəyev şəxsi heyət adından Ali Baş Komandana dərin təşəkkürünü ifadə edib. O, Ali Baş Komandanın əmrlərinin yerinə yetirmək və etimadını doğrultmaq üçün şəxsi heyətin hər zaman hazır olduğunu məruzə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun