[embed]https://youtu.be/lSURTV12AXM[/embed]
1992-ci ildə, Qarabağ müharibəsinin başlanmasının ilk illərində Xankəndi yaxınlığında yerləşən Xocalı sakinləri erməni və rus hərbçilərinin hücumları nəticəsində evlərindən çıxmağa məcbur qalıblar.
Fevralın 25-dən 26-na keçən gecə erməni və rus hərbçilərinin silahlı hücumu nəticəsində yüzlərlə qadın, kişi, uşaq öldürülüb, mindən çox adam əsir düşüb, 150 adamdan indiyə kimi xəbər yoxdur.
Xocalıda yaşananlar Baloğlan Allahyarovun gözü qarşısında olub, 28 il keçsə də heç nəyi unuda bilmir.