“Senatın qətnaməsi Fransanın Qarabağ məsələsində həllin deyil, problemin parçası olduğunu bir daha nümayiş etdirib”.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar söyləyib.
Fransa Senatı Dağlıq Qarabağın tanınması barədə 25 Noyabr axşamı qərar qəbul edib. RİA Novosti xəbər verir ki, 305 deputat sənədin lehinə, 1 nəfər əleyhinə səs verib.
Sənəddə "Türkiyə hakimiyyəti və xarici muzdluların dəstəyi ilə həyata keçirilmiş Azərbaycanın hərbi təcavüzü” və eyni zamanda” Azərbaycan silahlı qüvvələrinin və onların dəstəkləyici birləşmələrinin 27 sentyabrda döyüş əməliyyatları başladıqdan sonra işğal olunmuş ərazilərdən dərhal geri çəkilməsi tələb olunur" pislənilir.
Fransa hökumətindən Qarabağ əhalisinə geniş miqyaslı dəstək verilməsi, habelə Dağlıq Qarabağda mülki əhaliyə qarşı “müharibə cinayətlərinin araşdırılmas”ı üçün beynəlxalq komissiya təşəbbüsü tələb olunur.
Nəhayət, sənəd Fransa hökumətini "1994-cü ildə müəyyən edilmiş sərhədləri təmin etməklə" danışıqlar prosesini bərpa etmək, eləcə də erməni əhalisinin təhlükəsizliyini və köçkünlərin qayıtmaq hüququnu təmin etmək üçün hər cür səy göstərməyə çağırır.