Hökumət üzvləri işğaldan azad olunmuş ərazilərin bərpasını müzakirə edib

Hökumət üzvləri işğaldan azad olunmuş ərazilərin bərpasını müzakirə edib
28 Noyabr 2020
Mətni dəyiş

Noyabrın 27-də Baş nazir Əli Əsədovun sədrliyi ilə İqtisadi Şuranın videomüşavirə formatında növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən İqtisadi Şura işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı konsepsiyasının əsas parametrlərini müzakirə edib.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun