Azərbaycan Xalq Hərəkatı liderlərindən biri, Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə 66 yaşında vəfat edib.
Bu barədə onun oğlu Adnan Hacızadə məlumat verib.
Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.
H.Hacızadə bir neçə gün əvvəl insult keçirmişdi.
H.Hacızadə 1954-cü ildə Bakıda anadan olub.
Allah rəhmət eləsin!