Biz “The New-York Times” qəzetinə qarşı ABŞ-ın radikal və şovinist erməni lobbi qruplarının Fransada “TF1” telekanalının heyətinə qarşı olduğu kimi hücumlarını və təhdidlərini qətiyyətlə qınayırıq.
Bu barədə öz Twitter səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
H.Hacıyev bildirib: “Onlar söz azadlığını boğmağa çalışırlar. Biz də reportajın bəzi hissələri ilə razılaşmaya bilərik, lakin biz onların işlərinə hörmət edirik”.