Ermənistanın tanınmış sülhməramlı ictimai xadimi Georgi Vanyan Turan agentliyinə müsahibə verib.
Hərbi əməliyyatların başa çatması ilə əlaqədar həlak olanların və hərbi əsirlərin cəsədlərinin mübadiləsi mövzusu tez-tez səslənir. Hər iki tərəfdən sülhməramlılar bu məsələdə, həmçinin itkin düşənlərin axtarışında hansı rolu oynaya bilər?
- Təəssüf ki, münaqişənin hər iki tərəfində sülhməramlılar yoxdur. Real sülhyaratma daxili siyasi dialoqun, cəmiyyətlərimiz daxilində plüralizmin mövcudluğunu nəzərdə tutur. Yalnız bu yolla birbaşa Ermənistan-Azərbaycan dialoquna çıxmaq olar.
Münaqişə zonasında yerləşən Rusiya kontingentinin dəstəyilə hökumət orqanları və beynəlxalq təşkilatlar artıq cəsədlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə məşğul olur və məşğul olacaqlar. Onların işində olan nöqsanlar diqqət və hüquq müdafiəçilərinin diqqət mərkəzində olmalıdır. Ümumiyyətlə, bunun mümkün olacağına mənim böyük şübhəm var, hətta "öz" problemləri həll olunsa belə, hələ "qarşı tərəf”in problemlərinin həllindən danışmıram.
Real hüquq-müdafiə nəzərdə tutur ki, Azərbaycandan olan həmkarlar Ermənistandan olan həmkarları qarşısında məsələ qaldırırlar və erməni hüquq müdafiəçiləri öz ölkəsinin hüquqi mexanizmlərindən istifadə edərək öz hakimiyyətlərinə tələb irəli sürürlər və onu problemi həll etməyə məcbur edirlər. Və əksinə. Belə olmayacaq, çünki bizim ölkələrdə hüquq-müdafiə işləmir, yaxud daha yumşaq desək, ölkələrimizdə konyunkturadan və hakimiyyətin xoş məramından asılı olan seçici hüquq-müdafiə həyata keçirilir.
- 26 il ərzində vətəndaş dialoqunun imitasiyası ilə məşğul olan nomenklaturalı qeyri-hökumət strukturları yaradılıb. Onlar hara getdi? İnformasiya müharibəsinə qoşulublar və ola bilsin ki, artıq "münaqişənin əbədiliyi" inersiya mədəniyyətinin möhkəmlənməsində onların gələcək rolu nəzərdə tutulub. Onlar vaxt və vəsaitini restoran-turist sülhməramlılığına sərf edərək hakimiyyətlə bərabər payda insan tələfatı üçün məsuliyyət daşıyırlar. Bu cür layihələrə bu və ya digər dərəcədə cəlb olunmuş hər bir insan üçün dərketmə və qiymətləndirmə vaxtı gəlməlidir.
Sülhməramlılar 1980-larda məğlubiyyətə uğradılar, sonra 1994-də uduzdular və indi son məğlubiyyət başlayıb. İndi itkilərə ağlamağın ağır dövrü başlayır, bir çox ailələrə dərd gəldi. Nə Ermənistanda, nə də Azərbaycanda rəsmi matəm elan edilməyib. Hazırda bir çox adamlar öz evlərini itirməyin şokunu yaşayır. Müharibənin dəhşətini görən insanların çoxu mülki həyata qayıdır. İndi söz və hərəkətin qiyməti olduqca yüksəkdir. Və ayrı-ayrı adamlar, ümumilikdə cəmiyyət, insan ləyaqətini itirmədən sağ qalmalı və yaşamalıdır.
- Ermənistanda və Azərbaycandakı həmkarlarınızla bu istiqamətdə hər hansı təşəbbüsləri müzakirə edirsinizmi?
- Bu suala necə cavab verəcəyimi bilmirəm. Müharibədən bir qədər əvvəl öncə Zərdüşt Əlizadə ilə həyəcan təbili çaldıq. "Dostların bəyanatı" fəlakətin qarşısını almaq üçün zəif bir ümidlə edə biləcəyimiz yeganə şeydir.
Bu gün və ya sabah sülhməramlı statusuna namizəd olmaq istəyənlərə bir şeyi yadda saxlamağı məsləhət görürəm - yalnız birbaşa Ermənistan-Azərbaycan siyasi dialoqu qələbə sayıla bilər.
İlham Əliyev və Nikol Paşinyan bir-biri haqqında yox, bir-biri ilə danışmalıdırlar. Vətəndaş sülhməramlılığının məqsədi bundadır. İmkan olanda mən fəaliyyətimi dayandırdığım nöqtədən başlayacağam. Tekaliyə qayıdacağam.
"Tekali prosesi" Georgi Vanyanın təşəbbüsüdür. Gürcüstanın həmsərhəd Tekali kəndində ermənilərlə azərbaycanlılar arasında birbaşa dialoqları nəzərdə tutur.
Bu proses çərçivəsində uzun illərdir Vanyan Cənubi Qafqazın üç ölkəsinin vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi və ictimai xadimlərinin iştirakı ilə müzakirələr aparır.