Bu ilin oktyabr ayında Gürcüstanın Azərbaycana borcu dəyişməyərək noyabrın 1-nə 5,685 milyon ABŞ dolları təşkil edib.
Bu barədə ölkənin Maliyyə Nazirliyinin hesabatında bildirilir.
Sənədə əsasən, oktyabrın sonuna Gürcüstanın ümumi xarici dövlət borcu 7 milyard ABŞ dolları olub. Bunun 6,7 milyard ABŞ dolları hökumətin payına düşür.
Ötən ay Gürcüstanın digər qonşuları - Türkiyə, Rusiya və Ermənistana da borcu dəyişməyərək müvafiq olaraq 10,959 milyon ABŞ dolları, 43,134 milyon ABŞ dolları və 5,954 milyon ABŞ dolları qalıb.