Gürcüstanda son sutka ərzində daha 2 401 nəfərə koronavirus diaqnozu qoyulub, 2 289 nəfər müalicə olunaraq sağalıb, 20 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 49 218-ə çatıb. Onların 33 459-u sağalıb, 401-i isə vəfat edib.
Hazırda karantin rejimində 3 160, stasionar müalicədə isə 4 489 nəfər var. Xəstəliyi simptomsuz keçirən 2 446 nəfər isə xüsusi otellərdə həkim nəzarətində saxlanılır.