“OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş gələn ilin mayından 1912-ci ildə batmış "Titanik" gəmisinə sualtı turizm ekspedisiyalarını həyata keçirməyi planlaşdırır.
“Report”un məlumatına görə, bu barədə “Irish Central” bildirib.
ABŞ-dan olan biznesmen hər ilin mayından sentyabra qədər suyun altındakı gəmiyə səyahətlər təşkil edəcəyini nəzərdə tutur. O, bu məqsədlə beş nəfər üçün nəzərdə tutulmuş şəxsi sualtı gəmidən istifadə edəcək.
Amerikalı qeyd edib ki, gələn ilin mayından iyuluna qədər ekspedisiyada üzrə yerlərin bir hissəsi ehtiyat saxlanıb, bu halda o, "Titanik"i turizm üçün görməli yerə çevirmək istəmir, lakin təşəbbüsünün gəlir gətirəcəyini nəzərdə tutur. Gəmiyə sualtı səyahətin bir biletinin qiyməti 125 min ABŞ dolları təşkil edəcək.
Enmə yerinə çatacaq səyahətçilər Kanadanın Nyufaundlend adasından olacaqlar. Ekspedisiyanın sualtı hissəsi enmə, obyektin müayinəsi və suyun üzünə qalxma da daxil olmaqla, altı-səkkiz saata qədər davam edəcək.
Hər turda beş nəfər - sualtı qayığın kapitanı, tədqiqatçı alim və üç turist iştirak edəcək.
Mayda ABŞ-ın Virciniya ştatının federal hakimi özəl “RMS Titanic Inc” şirkətinə 1912-ci ildə batmış “Titanik” gəmisinin radioötücüsünü çıxarmağa icazə verib. Məhz bu aparatın köməyi ilə radistlər Cek Fillips və Harold Brayd gecə gəminin aysberqlə toqquşması ilə bağlı SOS siqnalları veriblər.
“White Star Line” şirkətinə məxsus "Titanik" gəmisi 1912-ci ilin 10 aprelində birinci reysinə yola düşüb. Gəmi aprelin 15-də gecə Şimali Atlantikada aysberqlə toqquşaraq batıb. Qəza nəticəsində azı 1 496 nəfər həlak olub, 712 sərnişin və ekipaj üzvü xilas olmağa müvəffəq olub.