Fransanın Azərbaycandakı səfirliyində “Qadın və kişi bərabərliyi” mükafatlandırma mərasimində qaliblər elan olunub.
Mükafatlandırma mərasimində Fransanın Azərbaycandakı səfiri Zakari Qross da iştirak edib.
Səfir çıxışında bildirib ki, gender bərabərliyi Fransa diplomatiyasında prioritetlərindən biridir.
“Qadın haqları insan haqlarıdır və qorunmalıdır. Fransa hər zaman bunu təbliğ edir”.
Onun sözlərinə görə bu gün dünyanın hər bir yerində hər yerində gender bərabərliyi məsələsində problemlər v ə bura siyasi sahədə təmsilçilik, təhsilə əlçatanlıq, ailədaxili şiddət və s daxil edilməlidir.
Fransa səfiri qadınların sülh quruculuğunda da vacib rolunu vurğulayıb və əlavə edib ki, qadınlar sülh quruculuğunda aktiv iştirak etməlidirlər.
Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
Mesabiqənin qalibiŞ Fransanın Parisdəki ən nüfuzlu fransız siyasət elmləri kampusu olan “Sciences Po” da təlim qazanır. Bu təlim , 2021-ci ilin mayında gender məsələlərini əsk etdirən əsas komponent daxil olmaqla bir ay ərzində , insan hüquqlarına (Human rights and global development) həsr olunmuş yay məktəbində olacaq.