Eta qasırğası azı 57 nəfərin ölümünə səbəb olub

Eta qasırğası azı 57 nəfərin ölümünə səbəb olub
7 Noyabr 2020
Mətni dəyiş

Çərşənbə axşamı Nikaraqua və Honduras da daxil olmaqla, Mərkəzi Amerika boyu davamlı leysan yağışları ilə daşqınlar və torpaq sürüşmələri yaradan Eta qasırğası azı 57 nəfərin ölümünə səbəb olub.

Etanın sonradan zəifləyərək tropik depressiyaya çevrilməsinə baxmayaraq,davam edən yağışlar Panamadan Qvatemalayadək daha çox daşqınlar yaradıb.

Prezident Alehandro Kiammattey Qvatemalada 300-ə yaxın evin dağıldığını və yağışın hələ iki gün də davam edəcəyini bildirib.

ABŞ Hondurasdakı Birgə Operativ Xilasetmə Dəstəsinin Black Hawk tibbi evakuasiya vertolyotu cümə axşamı selə görə ilişib qalan bir neçə insanı xilas edib.

Birləşmiş Ştatların Milli Qasırğa Mərkəzi Etanın Karib dənizinə, Kuba və Floridanın cənubuna doğru iləirəlilədikcə tropik fırtına gücünü bərpa edəcəyini proqnozlaşdırıb.

Milli Qasırğa Mərkəzi Beliz və Kubanın qərb bölgəsində fırtınanın hərəkətinin izlənməsinin gərək olduğunu bildirib.

2020 Atlantik qasırğa mövsümünün 28-ci qasırğası olan Eta Şimali Atlantik okeanı hövzəsində indiyə qədər qasırğa mövsümünün rekordunu sındırıb.

Bundan əvvəl küləyin sürəti saatda 175 km olan Zeta Luiziana ştatının Nyu Orleans şəhərinə demək olar ki, birbaşa zərbə vurub. Eyni zamanda Zetanın təsirini şərqdə, Corciya ştatının Atlanta şəhərində də hiss etmək olub. Qasırğanın azı 6 nəfərin ölümünə səbəb olduğu bildirilib.

2005-ci ildə 28-ci qasırğa dekabrın sonuna doğru qeydə alınmışdı. Bu il bu sayda qasırğa 2 ay əvvəl meydana gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun