Şuşa ətrafında gedən döyüşlərdə Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.
Daha əvvəl onun Şuşanın "hərbi komendant"ı "təyin olunması" barədə məlumat yayılıb.
Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın yaralanması xəbərini təsdiqləyiblər.
Ohanyan bir zamanlar Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir. O, habelə digər hərbi cinayətlər törədib. "Sputnik Armenia” isə xəbər verir ki, Seyran Ohanyanla birlikdə oğlu Artur Ohanyan da yaralanıb.
Seyran Ohanyanın vəkili Karen Mejlumyan informasiyanı təsdiqləyib.
"O, xəsarət alıb və xəstəxanalardan birindədir. Başqa təfərrüatları açıqlaya bilmərəm", - Mejlumyan deyib.