Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.
bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.
Baş nazir Nikol Paşinyan Z.Mnatsakanyanın istefa ərizəsini qəbul edib. Bu günlərdə Nikol Paşinyan açıqlamasında bildirib ki, Azərbaycan tərəfi danışıqlarda 7 ətraf rayonu və Şuşanı verməyi təklif edib. Bun sonra, Ermənistan XİN prezidentin çıxışını təkzib edərək, masada Şuşa söhbətinin olmadığını bildirib. Bundan sonra Paşinyan bildirib ki, XİN başçısnı istefaya göndərəcək. Bundan bir neçə dəqiqə sonra, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.