Ermənistan Qarabağda Skandinaviya sülhməramlılarının yerləşdirilməsinin əleyhinədir

Ermənistan Qarabağda Skandinaviya sülhməramlılarının yerləşdirilməsinin əleyhinədir
2 Noyabr 2020
Mətni dəyiş

Ermənistan baş nazirinin baş müşaviri Vaqarşak Arutyunyan Qarabağda Skandinaviya sülhməramlılarının yerləşdirilməsilə bağlı ABŞ-ın təklifini mümkünsüz hesab edir. Bu barədə RİA Novosti bildirir.

Bundan öncə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O'Brayen bildirib ki,  Vaşinqton regionda yerləşə və barışığa dəstək ola biləcək sülhməramlı qüvvələrin Dağlıq Qarabağa göndərilməsinin mümkünlüyü ilə bağlı bağlı Skandinaviya hökumətləri ilə işləyir.

Onun fikrincə, istənilən sülhməramlı qüvvələrin tərkibinə Minsk Qrupuna həmsədrlik edən ölkələr, o cümlədən ABŞ və ya qonşu ölkələr daxil edilməməlidir, Türkiyənin sülhməramlı rolu ABŞ və Ermənistan üçün uyğun variant deyil.

“Güman edirəm ki, bu, sadəcə, təklifdir, reallaşma nöqteyi-nəzərindən bu gün mümkün olmayan təklif”, -   Arutyunyan Ermənistan İctimai Televiziyasına müsahibəsində deyib. Onun sözlərinə görə, başqa dövlətlərin nöqteyi-nəzərindən sülhməramlı qüvvələrin formatı və tərkibi ən mühüm vəzifədir, çünki müxtəlif ölkələrin maraqları sülhməramlı qüvvələr vasitəsilə həyata keçirilir.

Onun sözlərinə görə, hazırda erməni tərəfi üçün Rusiya sülhməramlılarının iştirakı məqbuldur, lakin Bakı “türk faktorunu irəli sürməklə” üçüncü qüvvənin əleyhinə çıxmır.

“Rusiya artıq bəyan edib ki, bu cür formata yol vermir. Türkiyə birgə növbətçiliyin keçirildiyi Suriyanın İdlib şəhərində olduğu kimi RF-ya əməkdaşlıq təklif edib, amma Rusiya bunu qəbul etməyib”, - Arutyunyan bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun