"Rus hərbçilərinin Dağlıq Qarabağa qəfil gəlişləri və separatçılarla əlaqələrini genişləndirmələri rahatlığımızı pozub, kiminlə söhbət edirəmsə hamı eyni sualı verir: “Niyə belə oldu?” Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Elxan Şahinoğlu deyir ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyob Ərdoğan Azərbaycana hərbi kontingentin göndərilməsi ilə bağlı qanun layihəsini Türkiyə Böyük Millət Məclisinə təqdim edib. Bu qanunun icrasını sürətləndirmək lazımdır. Əks halda Moskva Dağlıq Qarabağda bildiyini edəcək. "İllərdir deyirdim və yazırdım ki, Türkiyənin Azərbaycanda hərbi bazalarının olması vacibdir. Rusiya öz qarşısında ondan çəkiməyən güc görməlidir. Ruslar tarixən ondan zəifi əzməyə çalışıblar, yalnız qarşılarında ondan çəkinməyən güc gördükdə iştahlarını azaldıblar. Bu güc Türkiyədir!", - deyə politoloq Elxan Şahinoğlu bildirib.
Türkiyə Azərbaycana hərbi qüvvələr göndərir.
Türkiyə Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.
Qanun layihəsi müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə birgə monitorinq mərkəzində fəaliyyət göstərəcəklər.