Dünyada koronavirusa yoluxanların sayı 56 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 56 milyonu ötdü
19 Noyabr 2020
Mətni dəyiş

Dünyada yeni COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların 56 milyonu keçib.

Bunu Cons Hopkins Universitetinin məlumatları göstərir.

Müalicə alan 1 345 639 insan ölüb. Bununla yanaşı, təhlükəli infeksiyaya qalib gələnlərin sayı 39,5 milyonu ötüb.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 11 835 549 insanda təhlükəli infeksiya aşkarlanıb. ABŞ-da koronavirus infeksiyasından 255 810 insan ölüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun