Dünyada 54 milyon koronavirus yoluxması qeydə alınıb

Dünyada 54 milyon koronavirus yoluxması qeydə alınıb
16 Noyabr 2020
Mətni dəyiş

Johns Hopkins Koronavirus Resurs Mərkəzinin bazar günü verdiyi məlumata görə, dünyada 54 milyon koronavirus yoluxması qeydə alınıb.

ABŞ, Hindistan və Braziliya ən çox infeksiyaya yoluxmuş ölkələr siyahısında ön sıralardadır. ABŞ-da təxminən 11 milyon, Hindistan 8.8 milyon, Braziliyada isə 5.8 milyon xəstə var. Bazar günü Hindistanda son 24 saat ərzində infeksiyaya 41 100 yeni yoluxma faktının qeydə alındığı bildirilir.

Meksikanda koronavirusa yoluxanların sayı şənbə günü1 milyonu keçib. Meksikada maska taxmaq və qapanmalar icbari deyil.

Meksikanın səhiyyə nazirinin köməkçisi Huqo Lopez-Gatell Associated Press-ə verdiyi açıqlamada xalqın koronavirus virusuna yoluxma və yayılmasını dayandırmaq üçün maskalar taxmaq haqda beynəlxalq tövsiyələri rədd edib. O deyib ki, maskalar "virusun yayılmasının qarşısını alan köməkçi bir tədbirdir. Onlar bizi qorumur, lakin digər insanları qorumaq üçün faydalıdır."

Meksikada COVID-19-la bağlı ölüm halları 98 000-dən çoxdur.

İngiltərənin keçmiş baş naziri Qordon Braun inkişaf etməkdə olan ölkələrin koronavirusla mübarizə səylərinə baxmayaraq, Qərb və Çin kreditorlarına pul ödədiklərinə görə dünyada uşaq ölümü böhranı ərəfəsində olduqlarını deyib.

Braunun İngilis nəşri olan The Observer-dəki şərhləri G-20 ölkələrinin bir neçə gündən sonra Səudiyyə Ərəbistanında görüşməyə hazırlaşdığı vaxta təsadüf edir.

Avropa daha bir koronavirüs dalğası ilə qarşılaşıb və bir sıra ölkələr daha sərt COVID-19 məhdudiyyətləri tətbiq edir. Şənbə günü Polşa ölkədə təxminən 550 koronavirusla əlaqədar ölüm hallarının rekord həddə çatdığını bildirib. Bu ölkədə ölənlərin ümumi sayını 10 000-dən çoxdur.

Yunanıstan şənbə günü ibtidai məktəblər və uşaq bağçalarının noyabr ayının sonuna qədər bağlı qalacağını bildirib. Artan COVID yoluxmaları və ölüm səbəbi ilə ölkə hazırda ümummilli bir kilidlənmə vəziyyətindədir, lakin ölkədə orta məktəblərin açılışına icazə verilib. Orta məktəblər və universitetlər onlayn təhsil sistemində idi.

Livan son həftələr kəskin şəkildə artan və son bir neçə gündə onlarla insanın ölümünə səbəb olan virusun yayılmasının qarşısını almaq üçün iki həftəlik qapanma elan edib. Komendant saatı gün batandan gün doğana qədər genişləndirilib və bazar günləri nəqliyatın hərəkəti qadağan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun