'Polis polkovniki Nəriman İmanovun Sumqayıt şəhər polis idarəsinin rəisi vəzifəsindən azad olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir'.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini açıqlama yayıb.
Bundan əvvəl Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.
Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılmışdı.