Diasporla İş üzrə Dövlət Komitəsi bayraqların alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Tenderin qalibi “Maskat-LM” MMC-dir.
Qalib şirkətə 46,5 min manat ödəniləcək.
Məsələ ilə bağlı Komitədən bildirilib ki, satınalmaya hər biri 15 manata 2 000 ədəd Azərbaycan bayrağı, hər biri 10 manata 100 ədəd stolüstü Azərbaycan bayrağı, hər biri 1,8 manatdan 2 000 ədəd aksiyalarda əldə tutulan Azərbaycan bayrağı, hər biri 3 manata 1 000 ədəd bayraq dirəyi, hər biri 280 manata metal dirəkli 5 ədəd Azərbaycan bayrağı və hər biri 15 manata 500 ədəd Türkiyə bayrağı daxildir.