Deputatların səsləndirdikləri fikirlərə görə töhmət almaları nə qədər doğrudur?

Deputatların səsləndirdikləri fikirlərə görə töhmət almaları nə qədər doğrudur?
14 Noyabr 2020
Mətni dəyiş

Noyabrın 12-də Türkiyənin 'TV Net' telekanalına müsahibə verən millət vəkili Könül Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Millət vəkili jurnalistin Qarabağın işğalı nəticəsində Azərbaycana dəymiş zərərin müəyyən edilib, Ermənistandan təzminat tələb ediləcəyinə dair sualına cavab olaraq bildirib ki, "Ermənistan sosial-iqtisadi baxımdan çöküb, xarici borcu artıb. belə bir məqamda onlardan təzminat istəmək Azərbaycan üçün o qədər də önəmli deyil". 

Millət vəkilinin bu fikirləri Milli Məclisin 13 noyabrda keçirilən iclasında tənqid olunub və parlamentin intizam komissiyası ona töhmət verib. Komissiya qərarını onunla əsaslandırıb ki, deputatın fikirləri Azərbaycan dövlətinin maraqlarına ziddir və dövlətin siyasi xətti ilə üst-üstə düşmür.

[caption id="attachment_90945" align="aligncenter" width="1280"] Könül Nurullayev[/caption]

Noyabrın 7-də də başqa bir millət vəkili Bəhruz Məhərrəmov İran və İranın ali dini lideri Ayətullah Əli Xamneyi haqqında fikirlərinə görə parlamentdə tənqid olunmuşdu və ona töhmət verilmişdi.

Deputat parlamentdəki çıxışında bildirmişdi: "Mən inanmaq istəyirəm ki, İran terrorçular dedikdə Fransa və Rusiya tərəfindən yayılan 'fake' xəbərlərə istinad etmir. Ümid edirəm ki, cənab Xamneyi “terrorçular” dedikdə bir qismi zamanında məhz İran üzərindən Ermənistana və Qarabağa keçmiş PKK, ASALA və s. teror təşkilatlarının üzvlərini nəzərdə tutur və məhz onları bölgə, habelə İran üçün təhdid hesab edir. Düşünürəm ki, İran kimi böyük ənənəsi olan bir dövlətin rəhbəri bunu daha açıq formada deyə bilərdi. Bu mənada İran rəsmilərindən bu mövzuda açıqlama verməsi yaxşı olar".

[caption id="attachment_91024" align="aligncenter" width="1650"] Bəhruz Məhərrəmov[/caption]

Bu çıxışı əsas götürərək, Bəhruz Məhərrəmova töhmət verən parlamentin intizam komissiyası hesab edirdi ki, deputatın bu çıxışı Azərbaycanla İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır.

"Deputatın səsləndirdiyi fikirlər problem yaradanda..."

Bəs görəsən, millət vəkillərinin səsləndirdikləri şəxsi fikirlərinə görə töhmət almaları nə qədər doğrudur?

Millət vəkili Elman Nəsirov deyir ki, deputatın səsləndirdiyi fikirlər, ortaya qoyduğu mövqe Azərbaycan dövlətinin maraqlari ilə üst-üstə düşməyəndə, əksinə, ziddiyət təşkil edəndə, eyni zamanda ümümi siyasi kursa uyğun olmayanda və əlavə problemlər yaradanda, bu məsələ mill məclisin intizam komissiyasında müzakirə edilir və müvafiq qərar qəbul edilir.

Onun sözlərinə görə, həm Bəhruz Məhərrəmov, həm də Könül Nurullayeva məsələsində Azərbaycan dövlətinin maraqları ilə üst-üstə düşməyən məqamlar olub.

[caption id="attachment_36913" align="aligncenter" width="800"] Elman Nəsirov[/caption]

"İran müharibənin ilk günlərindən həm dini ali rəhbəri səviyyəsində, həm də prezident səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü və haqlı mübarizəsini dəstəkləyib. İranın başqa rəsmiləri də bizim haqlı mövqeyimizi dəstəkləyiblər. Belə bir məqamda Bəhruz Məhərrəmovun o fikirləri səsləndirməsi həm düzgün deyil, həm də dövlətimizin maraqlarına uyğun deyil. Könül Nurullayeva ilə bağlı məsələ də problemlidir".

"Deputatın mövqeyi prezidentin mövqeyi ilə üst-üstə düşməlidir"

Deputatın sözlərinə görə, dövlət başçısı bildirib ki, Ermənistanın işğal nəticəsində Azərbaycana və onun ərazilərinə vurulan ziyanın miqdarı araşdırılır və Ermənistana qarşı hüquqi iddia qaldırılacaq.

"Artıq bu yöndə işlər gedir. Millət vəkilinin bu məsələdə mövqeyi prezidentin mövqeyi ilə üst-üstə düşməlidir. Çünki bu milli məsələdir və bu yöndə bütün fikirlər milli maraqlarımıza xidmət etməlidir. Ancaq bütün hallarda hər iki gənc millət vəkilinə hörmətim var, çox savadlı və fəal millət vəkilləridir".

E.Nəsirov deyir ki, sadəcə konkret bu məsələdə töhmət alan deputatlarla eyni mövqedə deyil və düşünür ki, artıq onlar da səhvlərin anlayıblar.

"Ümumiyyətlə millət vəkilləri fikir səsləndirəndə çalışmalıdırlar ki, dövlətlərarası münasibətlərə xələl gətirməsinlər və fikirləri dövlətin maraqları ilə üst-üstə düşsün", - deyə millət vəkili Elman Nəsirov bildirib.

"İnsanları fikirlərinə görə mühakimə etməzlər" [caption id="attachment_7336" align="aligncenter" width="1280"] Ələsgər Məmmədli[/caption]

Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, millət vəkillərinin fikirlərinə görə cəzalandırılması düzgün deyil. Onun sözlərinə görə, deputatın siyasi fikirləri qəbul etmək, rədd etmək və alternativ fikir söyləmək hüququ var.

"Ola bilər ki, parlamentdə təmsil olunan siyasi partiyanın hansısa üzvü bir fikir səsləndirər və bu fikir partiyanın siyasi xəttinə uyğun olmaz, həmin millət vəkilini partiya xətti ilə cəzalandırarlar, bu ayrı məsələdir. Amma hər bir millət vəkili majoritar qaydada həm də 40 min seçicinin səsi deməkdir və ona daha çox imkan yaratmaq lazımdır ki, fikrini səsləndirsin".

Hüquqşunas bildirir ki, millət vəkilinin siyasi fikirləri qəbul etmək, rədd etmək və alternativ fikir söyləmək hüququ var: "İnsanları fikirlərinə görə mühakimə etməzlər".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun