“Azərbaycanın xarici işlər naziri Azərbaycanın Fransadakı səfirini məsləhətləşmələr üçün geri çağrılmalıdır”.
Bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O bildirib ki, Fransa ilə bütün iqtisadi, siyasi münasibətlər birmənalı olaraq dayandırmalıdır.
Fransa Senatı noyabrın 18-də “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti haqqında” qətnamə layihəsini səsverməyə çıxarmaq qərarı qəbul edib. Bu barədə Sputnik Armeniya-nın Telegram kanalında məlumat verilib.
Layihəni Senatın beş ən böyük siyasi fraksiyasının rəhbərləri – Bruno Retalye, Patrik Kanne, Erve Marmel, Elian Assassi, Giy Qontar imzalayıblar.
Elə həmin gün Paris şəhər şurası da Qarabağı tanımağa çağırıb.