Çin rəsmiləri çərşənbə günü bildirib ki, havanın soyuması ilə bir çox xarici ölkədə yeni koronavirus dalğası baş qaldırdığı üçün idxal olunan qida məhsullarının qablamalarında virus yoxlamalarını gücləndirib.
Milli Qida Təhlükəsizliyi Riskinin Qiymətləndirmə Mərkəzinin direktor müavini Li Nin jurnalistlərə açıqlamasında "Paketlər vurussuz deyil" deyib.
Linin dediyinə görə, paketlər üzərində koronavirusun pozitivlik dərəcəsi 10 000-ə 0.48 olduğu halda, bu nisbət aparılan testlərin sayı ilə artır.
Li virusun qablaşdırmadan "müəyyən dərəcədə" insanlara ötürülə biləcəyini desə də, nə o, nə də başqa rəsmilər çərşənbə günü keçirilən mətbuat konfransında belə təsdiqlənmiş hallardan bəhs etməyib.
Çində dondurulmuş malların qablaşdırmalarında aparılan testlər bəzi mübahisələrə səbəb olub. Dondurulmuş mallar üzrə ekspertlər elmi iddiaları sual altına alaraq, bunun Çinə qarşı ədalərsiz ticarət maneəsi olduğunu deyir. Çin isə bu praktikanı müdafiə edərək, vurusun yayılmasına mane olmaq çün əlavə ölçü adlandırır.
Maska mandatları, kütləvi testlər, məhdudiyyətlər və yoluxma hallarının izlənməsi ilə Çin yerli yoluxma hallarının qarşısını böyük ölçüdə ala bilib ki, bu da xaricindən gələn yoluxma təhdidlərinə daha çox diqqət ayırmasına səbəb olub.
Çinin Milli Səhiyyə İdarəsi çərşənbə günü qeydə alınan 5 yeni yoluxma halının hamısının xaricdən gəldiyini və bununla ölkədə 4634 ölüm də daxil olmaqla, yoluxanların sayının 86,469-a çatdığını bildirib.