Çin Qarabağdakı atəşkəsə görə Rusiyanı təriflədi

Çin Qarabağdakı atəşkəsə görə Rusiyanı təriflədi
19 Noyabr 2020
Mətni dəyiş
Çin Dağlıq Qarabağda Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılmasını alqışlayır. Bu sözləri Çinin xarici işlər naziri Van İ jurnalistlərə açıqlamasında deyib 
Nazir tərəflərin tezliklə siyasi danışıqlara qayıdacaqlarına, mübahisələri və anlaşılmazlıqları dinc vasitələrlə yoluna qoyacaqlarına, problemləri isə dialoq və müzakirələrlə həll edəcəklərinə ümid etdiyini deyib.
"Rusiyanın fəal vasitəçiliyi ilə Ermənistan və Azərbaycan noyabrın 10-da atəşkəsin əldə olunmasıyla bağlı razılıq əldə edib. Çin bu qərarı alqışlayır və yüksək qiymətləndirir", - deyə Çinin xarici işlər naziri bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun