Çin Amerika Birləşmiş Ştatlarının dörd rəsmisinə qarşı sanksiyalar tətbiq edib.
"Xinhua" agentliyinin verdiyi xəbərə görə, bunu noyabrın 30-da Çin Xarici İşlər Nazirliyinin rəsmisi Xua Çunin bildirib.
Sanksiyaya məruz qalan şəxslərin Çinin daxili bölgələrinə, həmçinin Honkonq və Makaoya səfər etmələri qadağan edilib.
Sanksiyaların tətbiq edilməsinə səbəb kimi, ABŞ-ın Honkonqla əlaqələr qurmaqla beynəlxalq hüququ kobud şəkildə pozması və Çinin daxili işlərinə qarışması göstərilib.