"Azərbaycanda özümüzü Vətənimizdəki kimi hiss edirik. Müharibədə qazandığımız qələbə münasibətilə Azərbaycan Prezidentini, Müzəffər Ordunu və Azərbaycan xalqını təbrik edirəm”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, müharibəni istəyən Ermənistan olmuşdu:
“Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəslə bağlı bəyanat imzalanıb. Bundan əvvəl də 3 dəfə atəşkəs imzalanmışdı. Hamısını da pozan Ermənistan olub. Azərbaycan həmişə məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarı olub. Biz əvvəldən də deyirdik ki, Azərbaycan hansı qərarı qəbul edirsə etsin biz onun yanındayıq".
Çavuşoğlu deyib ki, işğal edilmiş Azərbaycan ərazilərinin tamamı Azərbaycana veriləcək. Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var”.
“Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədəlini ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində “həm qadirik, həm hazırıq” deyirsə, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbir edib”, - o qeyd edib.
Onun sözlərinə görə, atəşkəsin və sonra qurulacaq mexanizmin daimi sülh və sabitliyə vəsilə olmasına diləyirik. Ümid edirik, Ermənistan keçmişdəki səhvlərindən dərs alıb. Başqa ölkənin ərazisində səltənət sonsuzadək davam edə bilməz.
“Əlbəttə, bu atəşkəs və başladılan proses nəticəsində daimi həll qardaş Azərbaycanın ərazi bütövlüyü və bu günədək qəbul edilən qərarlar və beynəlxalq hüquq çərçivəsində nəticələnməlidir. Bundan Ermənistan xalqı da faydalanacaq”, - o qeyd edib.
XİN başçısı deyib ki, qəhrəman Azərbaycan Ordusu, Ali Baş Komandanı və xalqı ilə qürur duyuruq. Gücümüzü dosta və düşmənə göstərdik.
“Öz torpaqlarını azad etmək üçün şəhid olan şəxslərə Allahdan rəhmət diləyirəm. Azərbaycan Ordusunun bu zəfəri bizi çox duyğulandırdı”.
Mövlud Çavuşoğlu əlavə edib ki, atəşkəsə nəzarət mərkəzinin işində Rusiyanın fəaliyyəti nə olacaqsa, Türkiyənin də fəaliyyəti o olacaq”.
Onun sözlərinə görə, sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə işçi qrupu yaradılaraq fəaliyyət prinsipləri müəyyənləşdiriləcək:
“Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək. Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi. Həmçinin həmin mərkəzdə Türkiyənin olması da Azərbaycan xalqının istəyi idi”.
Çavuşoğlu əlavə edib ki, bəyanatın 5-ci maddəsinə uyğun olaraq biz Rusiya ilə birlikdə memarandum imzaladıq. Önümüzdəki günlərdə Rusiya ilə bu işin detallarını danışacağıq.
Onun sözlərinə görə, mərkəz Azərbaycanın torpaqlarında, Azərbaycanın dediyi yerlərdə olacaq:
“Ümid edirik ki, Ermənistan keçmişdəki hərəkətlərindən dərs alıb. Səmimi deyirəm ki, bundan Ermənistan xalqı da faydalanacaq. Bundan hər kəs faydalanacaq. Biz atılacaq addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik”.