Müdafiə Nazirliyi: “Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib”
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.
"Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb", deyə rəsmi açıqlamada deyilir.
17:37
Müdafiə Nazirliyi Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilən kəndlərinin videogörüntülərini yayıb.
Həmin görüntüləri təqdim edirik:
[embed]https://youtu.be/HKs-mrB_X-w[/embed]16:54
H.Hacıyev: "Hər iki yol Ermənistanın nəzarətindədir"
"'Sərhədsiz reportyorlar' təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndidən təhlükəsiz çıxa bilməməsinə dair açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır".
Bunu Azərbaycan prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib.
O əlavə edib ki, dünən (noyabrın 4-ü) Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirib.
Prezidentin köməkçisi deyib ki, ümumiyyətlə, Xankəndidən Ermənistana iki yol var: "Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə (noyabrın 5-nə) olan məlumata görə, hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir".
16:08
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin döyüş meydanında atıb qaçdığı və qənimət olaraq ələ keçirilən hərbi texnikaların görüntülərini yayıb.
Həmin görüntüləri təqdim edirik.
[embed]https://youtu.be/Mwk78ECCm8w[/embed]15:17
Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür", - məlumatda qeyd edilib. 10:21
Erməni tərəfinin Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur", - açıqlamada qeyd olunub. 09:35
Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Səhər saat 07.50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb",- MN-dən qeyd edilib. 09:34
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub. 07:35
Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.