Canlı bloq: "Ermənistan kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib" - [yenilənib]

Canlı bloq: "Ermənistan kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib" - [yenilənib]
5 Noyabr 2020
Mətni dəyiş

21:33

Müdafiə Nazirliyi: 'Diversiya cəhdinin qarşısı alınıb'

Noyabrın 4-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Azərbaycan bölmələrinə qarşı diversiya cəhdinin qarşısının alındığı bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi (AMN) qeyd edir ki, Ermənistan tərəfin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib.

18:08

Prezident 7 kəndin də işğaldan azad edildiyini bildirib

Azərbaycan ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının 7 kəndini də işğaldan azad etdiyi bildirilir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün, noyabrın 4-də özünün Twitter hesabında yazıb: "Müzəffər Azərbaycan ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədi İsmayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir".

16:55

Hər gün döyüşlərdə üzləşdiyi uğursuzluqlar, verdiyi çoxlu sayda itkilər və itirdiyi vacib mövqelər düşməni müxtəlif üsullara əl atmağa vadar edir. “Müharibədə bütün vasitələr yaxşıdır” prinsipindən irəli gələrək düşmən artıq Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı böhtan və qarayaxama kampaniyasına başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin Xocavənd rayonunun Tuğ kəndində hərbi cinayətlər törətməsi barədə iddiaları iftiradan başqa bir şey deyil.

"Ali Baş Komandanın da vurğuladığı kimi, “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq”. Məhz Ermənistan Gəncə və Bərdə şəhərlərinin dinc sakinlərini vəhşicəsinə raket atəşinə tutmaqla özünün əsl müharibə cinayəti törətdiyini bir daha sübut etdi.

Bildiririk ki, Azərbaycan Ordusunun şəxsi heyəti Beynəlxalq humanitar hüququn əsası hesab edilən Cenevrə konvensiyası və digər normativ-hüquqi sənədlərinin tələblərinə riayət edir. Bu isə o deməkdir ki, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız mülki əhali ilə davranış qaydalarına əməl edir", - məlumatda vurğulanıb. 16:12

Tərtər şəhəri və rayonun Şıxarx qəsəbəsi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 14:27

Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub. 13:59

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir:

"Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir".

12:29

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.

[embed]https://youtu.be/5e1A8yWciKY[/embed]

12:28

Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydıqları xəbər növbəti yalan məlumatdır.

Müdafiə Nazirliyindən cavab olaraq bildirilirb ki, polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir.

Beləliklə, ermənilərin yaydığı bu cəfəngiyyat da "feyk-nyus"dan başqa bir şey deyil. 10:48

Noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutur.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür", - məlumatda bildirilib.

09:12

Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür. 07:41

Noyabrın 3-ü gün ərzində və 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi xəbər verir. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 topu, “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun