16:00
Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib", - məlumatda qeyd edilib. 13:29
Zəngilan rayonunun işğaldan azad olunan Bartaz qəsəbəsinin görüntüləri yayılıb.
"Report" həmin görüntüləri təqdim edir:
[embed]https://youtu.be/4gVccRvoV70[/embed]11:18
Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunu Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib:
"Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib".
[embed]https://youtu.be/qpilVal2LCc[/embed]09:57
Erməni tərəfinin Xankəndinin Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən bildirilib.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur", - açıqlamada vurğulanıb. 09:10
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub. 09:09
Noyabrın 8-i gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.
Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.