Cənubi Koreya hərbçiləri Demilitarizasiya Zonasını keçən şimalı koreyalını saxlayıb

Cənubi Koreya hərbçiləri Demilitarizasiya Zonasını keçən şimalı koreyalını saxlayıb
5 Noyabr 2020
Mətni dəyiş

Cənubi Koreyanın hərbi qüvvələri şimali koreyalı bir şəxsin iki rəqib ölkəni ayıran, hərbi qüvvələr tərəfindən güclü qorunan sərhədi keçdikdən sonra həbs edildiyini bildirib.

Birgə Baş Qərargahlar İdarəsinin açıqlamasında bildirilib ki, çərşənbə axşamı gecə müşahidə avadanlığı tərəfindən aşkar edilən bir şəxs sərhədin şərq hissəsini keçdikdən sonra hərbçilər xəbərdarlıq siqnalı verib.

Bir neçə saat davam edən axtarışdan sonra naməlum şəxs nəzarət altına alınıb. Hərbçilər həmin şəxsin qaçmaq niyyətində olub-olmadığı də daxil olmaqla, hadisə ilə bağlı istintaqa başlanacağını bildirib. Baş Qərargahlar rəisi sərhəd boyu Şimali Koreya ordusu tərəfindən qeyri-adi bir hərəkətin olmadığını deyib.

İnsident Seulun 2019-cu ilin oktyabrında Afrika donuz qızdırması virusunun yayılmasından sonra Demilitariziya zonasının cənub hissəsinə dayandırılmış mülki turları bərpa etməsindən bir neçə saat əvvəl baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun