Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bildirib ki, nəvəsi İbrahim Həsənlinin təhsilindən imtina olunub.
Bakıdakı 132 saylı məktəbin 9-cu sinfini “əla” və “yaxşı” qiymətlərlə bitirdikdən sonra C.Həsənli nəvəsini özü ilə ABŞ-da akademik ezamiyyətə aparıb və onun bir ildən sonra təhsilinə qayıdacağı barədə təhsil müəssisəsinə məlumat verib.
Yeniyetmə 2019-2020-ci illərdə “Montgomery County Northvood High School”da təhsil alıb və təhsili bitirdikdən sonra fəxri fərmanla təltif olunub.
“ABŞ-da təcrübəmin uzadılması səbəbindən nəvəmi təhsilini davam etdirmək üçün Bakıya göndərdim", - Həsənli bildirib.
“ABŞ-da proqramım bir qədər uzandığı üçün İbrahimi Bakıya yola saldım ki, vaxtında məktəbə qayıtdığını bildirib təhsilini davam etdirsin. Məktəbdən dedilər ki, bu ildən bu məsələlərə Təhsil Nazirliyi baxır. sənədlərini də ərizəyə əlavə edib.Sentyabrın 3-də bütün sənədlər Təhsil Nazirliyinə göndərildi.
Bu Qurumdan verilən cavab guya sentyabrın 23-də poçt vasitəsilə göndərilib, lakin 40 gün ərzində C.Həsənlinin ailəsinə çatmayıb.
“Necə ola bilər ki, eyni şəhərdə Təhsil Nazirliyindən təxminən 3 kilometr aralı olan ünvana 40 gün ərzində məktub yetişməsin? Təhsil Nazirliyi bunu hərbi vəziyyətlə izah edir. İkinci Dünya Müharibəsi dövründə Azərbaycandan min kilometrlərlə uzaqda olan səngərlərdən əsgərlərin öz ailələrinə səhra poçtları vasitəsilə göndərdiyi üçkünc məktublar iki həftəyə ünvanına yetişirdi”, - C.Həsənli bildirib.
Bununla yanaşı, Təhsil Nazirliyində İ.Həsənlinin doğmalarına cavabın surətini vermirlər və onu 132 saylı məktəbə göndərmirlər.
“Təhsil Nazirliyi yeniyetməni və onun ailəsini incidərək nəyi əldə rəhbər tutur? Niyə şagirdin öz oxuduğu orta məktəbə bərpa olub təhsilini davam etdirməsi Təhsil Nazirliyi səviyyəsində həll olunmalıdır?
Hesab edirəm ki, söhbət məktəblinin təqib olunmasından, təhsil almasına maneələrin yaradılmasından gedir ki, bu da konstitusiya hüququnun pozulmasıdır”, - C.Həsənli qeyd edib.
Bundan öncə Rabitə Nazirliyi də İsraildən göndərilən kitabı ona verməyərək, alıcının ünvanını göstərmədiyini söyləyərək onun hüquqlarını pozub.
C.Həsənli əmindir ki, bütün bu layiqsiz hərəkətin səbəbi onun siyasi fəaliyyətidir.
“Ölkədə müharibə gedir. Heç yazmaq istəmirdim bunu. Amma məcburam. Söhbət sabah əsgər olacaq, vətənə xidmət edəcək 16 yaşlı bir yeniyetmənin taleyindən gedir.
Siyasi rəqiblə də layiqli metodlarla mübarizə aparmaq lazımdır və onun nəvəsini təhsildən məhrum etməklə incidəcək qədər aşağı səviyyəyə enməmək lazımdır”, - C.Həsənli vurğulayıb.