Britaniya Lukaşenkanın saxtakarlıqla seçildiyini açıqlayıb, yeni seçkiyə çağırıb

Britaniya Lukaşenkanın saxtakarlıqla seçildiyini açıqlayıb, yeni seçkiyə çağırıb
6 Noyabr 2020
Mətni dəyiş

Britaniyanın xarici işlər naziri Dominic Raab avqustda keçirilmiş prezident seçkisi barədə yeni hesabat açıqlandıqdan sonra Belarusda yeni prezident seçkisinin keçirilməsinə çağırıb.

Bu hesabatda Alyaksandr Lukaşenkanın saxtakarlıqla prezident seçildiyi və seçkinin ardınca etirazçılara qarşı zorakılıq törədildiyi qeyd olunub.

Belarusda 9 avqust seçkisinin rəsmi nəticələri elan ediləndən bəri bu ölkənin şəhərlərində Lukaşenkanın istefasını tələb edən kütləvi etiraz aksiyaları ara vermir.

Bu nəticələrə görə ölkəyə 26 ildir ki, rəhbərlik edən avtokrat Lukaşenka seçkinin qalibi olub.

ATƏT-in Belarusda seçkiyə dair hesabatı noyabrın 5-də açıqlanıb. Bugün Lukaşenkanın son prezidentlik dövrü başa çatır.

Raab hesabatı Lukaşenkanın hakimiyyətinə “son ittiham” adlandırıb:

"Çox mühümdür ki, hesabatın tövsiyələri həyata keçirilsin və Belasrusda yeni prezident seçkisi olsun. Biz onun dəstəyə ən çox ehtiyacı olduğu bir vaxtda Belarus xalqının yanında olacağıq”.

Cəzasızlıq mühiti

Hesabatda Belarus hakimiyyətinə yeni prezident seçkisinin keçirilməsi üçün çağırış edilir.

Seçkidə Belarus təhlükəsizlik xidmətlərinin dinc nümayişçilərə qarşı törətdiyi zoralkılıq tənqid olunur.

Hesabatda bu da qeyd olunur ki, “yaxşı sənədləşdirilmiş işgəncə və pis rəftar” faktları barədə heç bir tədbir görülməyib və ölkədə cəzasızlıq mühiti hökm sürür.

Hesabatda deyilir ki, seçki ərəfəsində və ondan sonra media azadlığı hakimiyyət tərəfindən pozulub, jurnalistlərə hücumlar edilib.

Seçkidən sonra Belarus boyunca minlərlə insan saxlanıb.

Raab Lukaşenka rejiminin Belarus xalqına qarşı zorakılığını kəskin tənqid edib.

Britaniya xarici işlər naziri deyib ki, yeni seçkilər keçirilməli və etirazçılara qarşı zorakılıq törədənlər məsuliyyətə cəlb edilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun