BMT İnsan Haqları Komissarı Qarabağ münaqişəsində "müharibə cinayətlərinin" mümkünlüyü barədə təlaşını ifadə etdi

BMT İnsan Haqları Komissarı Qarabağ münaqişəsində "müharibə cinayətlərinin" mümkünlüyü barədə təlaşını ifadə etdi
3 Noyabr 2020
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarı Mişel Başele bazar ertəsi Dağlıq Qarabağda artilleriya zərbələrinin müharibə cinayətləri sayıla biləcəyini deyib. Bununla bağlı o, həm Ermənistanı, həm də Azərbaycanı mülki ərazilərə, məktəblərə və xəstəxanalara hücumları dayandırmağa çağırıb.

Başele Xankəndi (Stepanakert) və Tərtər şəhərindəki mərkəzi bazara hücümlara istinad edərək, ötən cümə günü Ermənistan və Azərbaycan tərəfindən mülki insanları hədəf almaqdan çəkinmək üçün Cenevrədə əldə edilmiş razılığa baxmayaraq həftəsonu mülki əhalinin yaşadığı bölgələrin atəşə tutulduğunu bildirib.

"Sentyabrda münaqişə alovlandıqdan bəri biz bunun fəlakətli fəsadlarını görürük,” deyə Başele dəfələrlə tərəflərin mülki vətəndaşlar arasında həyat itkilərini minimallaşdırmağa çağırıldığını vurğulayıb. O, mülki vətəndaşları döyüşçülərdən, mülki obyektləri hərbi obyektlərdən fərqləndirməyin vacibliyini qeyd edib.

“Əvəzində, evlər dağıdılıb, küçələr viran qoyulub və insanlar təhükəsizlik üçün zirzəmilərə yerləşməyə məcbur olublar.”

O, əlavə edib:

“Beynəlxalq humanitar qanun kifayət qədər aydındır. Proporsionallıq prisnipinə yaxud fərq qoymaq prinsipinə zidd olan hücumlar müharibə cinayətləri sayıla bilər və konflikt tərəfləri effektiv, təcili , hərtərəfli və qərəzsiz şəkildə bu cür pozuntuları araşdırmalı və onları törədənləri cinayət məsuliyyətinə cəlb etməlidirlər,” Ali Komissar bildirib.

Başele münaqişə başladıqdan bəri azı 91 mülki azərbaycanlının, 47 erməninin həlak olduğunu bildirib.

"Bir gün içərisində ən böyük həyat itkisi 28 oktyabrda Bərdədə baş verib," deyə Ali Komissar biuldirib. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı erməni hərbi qüvvələrin tətbiq etdiyi kaset bombalar nəticəsində münaqşə zonasından 30 kilometr uzaqda yerləşən Bərdədə azı 21 adam həlak olub, 70 adam yaralanıb.

O, Azərbaycan və Ermənistan hökumətlərini kaset bomablardan istifadəni qadağan edən konvensiyaya qoşulmağa çağırıb.

"Həçrənd ki, sosial mediada bir çox saxta görüntülər dolaşır, media qurumlarının Azərbaycan hərbçilərinin əsir götürülmüş əsgər uniformasında olan iki ermənini qətlə yetirdiyi iddia edilən videolar üzərində dərin araşdırması inandırıcı və olduqca narahatedici informasiya aşkar edib," Başele əlavə edib. O, bunun həmçinin Cenevrə Konvensiyaları çərçivəsində müharibə cinayəti sayıla biləcəyini qeyd edib.

Mişel Başele mülki əhali arasında itkilərə və məşəqqətlərə səbəb olan döyüşlərin dərhal dayandırılmasına və sülh danışıqlarının bərpa edilməsinə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun