Bayden prezidentliyi çətin mübarizə qarşısındadır

Bayden prezidentliyi çətin mübarizə qarşısındadır
9 Noyabr 2020
Mətni dəyiş

Demokrat Co Bayden ölümcül pandemiya, ağır iqtisadi durumla mübarizə və dərin bir şəkildə bölünmüş Amerika ictimaiyyəti ilə münasibət kimi məsələlərlə ABŞ-ın növbəti prezidenti kimi vəzifəsinə başlayacaq.

ABŞ-ın Respublikaçı Prezidenti Donald Tramp üzərində mübahisəli seçkilərin qalibi demokrat Co Bayden 20 Yanvarın andiçmə mərasimində sonra ABŞ hökumətini idarə etmək hazırlıqlara başlayıb. O, Tramp siyasətlərini dəyişməz üçün bazar günü sürətlə hərəkət keçib.

Yeni seçilmiş prezident Bayiden və vitse-prezident Kamala Harris iqtidara keçmələri üçün veb səhifəsi açıb. Onlar dərhal koronavirus pandemiyası, dünyanın ən böyük iqtisadiyyatı, iqlim dəyişikliyi və sistemli irqçiliklə mübarizəyə başladıqlarını bildirib.

Keçmiş vitse-prezident və Delaver ştatından ABŞ senatoru olan Bayden kampaniyalrını səhiyyə və təhsilin əlçatan olması, işləyən yoxsullar üçün minimum əmək haqqı və yardımların artırılması, milyonlarla yeni iş yeri açacaq təmiz enerji sahələrinin inkişafı vədləri ilə aparıb.

Ancaq ən çox narahatlıq doğuran sahə artan koronavirus pandemiyası ilə mübarizədir.

Prezident seçilən Bayden pandemiyanı nəzarət altına almaq üçün “elmi təməl üzərində qurulan” COVID-19-la mübarizə işçi qrupu yaradacağını elan edib.

Cons Hopkins Universitetinin məlumatına görə, 9.8 milyondan çox amerikalı virusa yoluxub, 237,000-dən çox insan həyatını itirib.

"Önümüzdəki aylarda çox sayda insanın həyatını xilas edə bilərik" - deyə Bayden bildirib.

Ancaq analitiklər Baydenin çətinliklərinin böyük olduğunu və müvəffəqiyyətinin prezident Donald Trampın yola düşməsindən sonra ölkəni birləşdirməyə və Kapitolidə Respublikaçılar ilə dil tapmaqla bağlı olduğunu deyir.

Biayden Pennsilvaniya ştatında liderlik qazandıqdan sonra Nevadada da qələbə əldə etdikdən sonra ABŞ prezidentliyinin qalibi olub.

Son dörd gündə gündəlik COVID-dan ölüm sayının 1000-ə çatması ilə pandemiya ilə mübarizə yollarını axtarmaqla yanaşı, Bayden bütün sənaye sahələrinə ciddi şəkildə ziyan vuran pandemiya zamanı işini itirən 20 milyon işçiyə iqtisadi yardımlara üstünlük verdiyini deyib.

Eyni zamanda Bayden müxalifətlə, xüsusən də yeni altı illik bir müddət qazanan Senatın çoxluq lideri Mitç Makkonnelə güzəştə getməli olacaq.

Bayden Prezidentlik kürsüsünü qazansa da, onun Demokratik Partiyasının Senat üzərində nəzarəti ələ almaq ehtimalı azdır. Demokratlar Senatda 50-50 bərabərlik əldə etmək üçün yanvar ayında Respublikaçı meylli Corciya ştatında ikinci seçkilərdə iki yeri qazanmalıdır.

Əgər Baydenin partiyası Senat yerlərini qazanmasa, o, 100 ildən çox bir müddətdə Konqresin hər iki palatasında çoxluq əldə edə bilməyən ilk prezident olacaq.

Senator kimi və Prezident Barak Obamanın vitse-prezidenti kimi onilliklər boyu çalışdığı dövrdə Bayden qanunvericilik fəlaiyyətinə malik olub. O, Obama administrasiyası dövründə bir neçə dəfə Makkonellə böyük büdcə müqavilələrini kəsməyə nail olub. Bu təcrübə ona Vaşinqtonun problemini aşmağa kömək edə bilər.

Yeni seçilmiş prezident Bayden Demokrat Partiyası daxilində özəl tibbi sığortanı ləğv edəcək və bunun üçün trilyonlarla dollar əlavə vergi tələb edən universal bir səhiyyə planı hazırlamağı düşünür.

Təhlilçilər hesab edir ki, respublikaçıların nəzarətində olan Senatla qarşıdurma Baydenə müxtəlif demokratik fraksiyaların birləməsinə və siyasi landşaftda fikir ayrı-seçkiliyinə malik olan tədrici dəyişiklilərin həyata keçirməsinə yardım edə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun