Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 239 yeni yoluxma faktı qeydə alınıb, 1 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 25 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ümumilikdə 81 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 58 111 nəfər müalicə olunaraq sağalıb, 1 030 nəfər vəfat edib, aktiv xəstə sayı 22 256 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 134, ötən müddət ərzində isə ümumilikdə 1 549 568 test aparılıb.