Noyabrın 13-dən etibarən Azərbaycan və Ermənistan həlak olan 385 nəfərin cəsədini dəyişib, bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir.
Atəşkəs rejiminə riayət olunmasına toxunan Zaxarova əldə edilmiş razılığın qeyd-şərtsiz yerinə yetirilməsinin təmin edilməsinin əhəmiyyətini qeyd edib.