Avropada karantin yoluxmaları səngidir, amma...

Avropada karantin yoluxmaları səngidir, amma...
18 Noyabr 2020
Mətni dəyiş

Birləşmiş Ştatlarda rekord sayda – 73 min nəfərin xəstəxanada COVID-19-dan müalicə olunduğu bildirilir. Onların 14 min nəfəri reanimasiya şöbələrindədir

ABŞ-ın üç tibb assosiasiyasının liderləri Prezident Donald Trampı ölkənin COVID-19 datasını yeni prezident seçilmiş Co Baydenlə paylaşmağa çağırıb.

Amerika Tibb Assosiasiyası, Amerika Tibb Bacıları Assosiasiyası və Amerika Xəstəxanalar Assosiasiyası rəhbərlərinin imzaladığı məktub noyabrın 17-də Trampa çatdırılıb. Ölkədə isə koronavirusa yoluxma hallarında azalmaq müşahidə olunmur.

Reanimasiyada 14 min xəstə var

“Müalicə üsulları, test ləvazimatları, şəxsi qoruyucu avadanlıq, süni nəfəs aparatları, xəstəxanaların çarpayı tutumu və işçi qüvvəsi haqda real data və informasiya saysız həyatları xilas etməkdən ötrü paylaşılmalıdır”, – məktubda vurğulanır.

Seçkidə məğlubiyyətini qəbul etməyən Tramp Baydenin komandası ilə informasiyanın paylaşılmasını da əngəlləyir.

Birləşmiş Ştatlarda rekord sayda – 73 min nəfərin xəstəxanada COVID-19-dan müalicə olunduğu bildirilir. Onların 14 min nəfəri reanimasiya şöbələrindədir.

Hazırda gündə 1128 xəstə vəfat edir, ancaq bu rəqəmi artacağı proqnozlaşdırılır.

Səhiyyə rəsmiləri amerikalıları Şükranlıq bayramında bir yerə yığışaraq şənliklər keçirməməyə çağırır.

Avropa

Avropada isə bir neçə həftədir tətbiq olunmuş məhdudiyyətlər artıq nəticə verir, ümumi yoluxma tendensiyası nisbətən səngiyir. Ancaq gündəlik yoluxmalarda və ölü sayında artım qeydə aınmaqdadır.

İtaliya, Böyük Britaniya, Almaniya, İspaniya və Fransada noyabrın əvvəlindəki rekord yoluxma həddi azalmaqdadır.

Ancaq yenə də hökumətlər qış qabağı ehtiyatı əldən verməməyə çalışırlar.

Fransada ümumi yoluxma sayı 2 milyonu keçib. Pandemiyaya qarşı tədbirlərin nəticə verməsinə baxmayaraq, hakimiyyət ikinci karantini yumşaltmaq üçün tez olduğunu deyir.

Almaniyanın Kansleri Angela Merkelölkədə vəziyyətin hələ də çox ciddi olduğunu deyib, federal və ştat liderlərinin əlavə karantin tədbirləri üzrə qərarı noyabrın 25-nə keçirməsindən məyusluğunu bildirib.

Rusiyada noyabrın 17-də koronavirusdan 442 ölüm halı qeydə alınmasına baxmayaraq, hələlik, yeni karantin elan olunmayıb.

Ötən həftə Pfizer və Moderna şirkətləri COVID-19-a qarşı iki vaksinlə bağlı müsbət nəticələr əldə olunduğunu açıqladılar, amma azından gələn ilin əvvəlinədək çoxlarının bu vaksini əldə etməsi müşkül məsələdir.

Dünyada yeni koronavirusa 55 milyon 600 mindən çox insanın yoluxduğu, 1 milyon 300 mindən artıq xəstənin vəfat etdiyi təsdiqlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun