Avropa liderləri Şengen zonasında sərhədlərin təhlükəsizliyinin gücləndirilməsinə çağırır

Avropa liderləri Şengen zonasında sərhədlərin təhlükəsizliyinin gücləndirilməsinə çağırır
12 Noyabr 2020
Mətni dəyiş

Fransa və Almaniya Avropadakı son terror hücumlarından sonra sərhədlərdə təhlükəsizliyini gücləndirməyə çağırıb. Ekspertlər isə bununla bu cür problemin həll edilməsinin mümkün olmadığını deyir.

Parisdə hücumlar oktyabrın 16-da Semuel Pati adlı müəllimin söz azadlığı mövzusundakı bir dərsdə Məhəmməd Peyğımbərin karikaturasını nümayiş etdirməsindən və çeçenistanlı Abdulla Anzorovun onun başını kəsməsindən sonra başlayıb.

İki həftədən sonra isə Fransanın Nitsa şəhərindəki bir kilsədə üç nəfər bıçaqlanaraq öldürülüb. Hücum edən şəxs Tunisdən miqrant olaraq bir neçə həftə əvvəl gəlmiş 29 yaşlı Brahim Auissayi olub.

Noyabrın 2-də İslam Dövlətinin tərəfdarı Kuytim Fejzulayi adlı şəxs Vyanada dörd nəfəri güllələyərək öldürüb. İslam Dövləti onu "xilafət əsgəri" olaraq xarakterizə edib.

Fransa və Avstriya liderləri çərşənbə axşamı Parisdə bir araya gələrək, hücumlara koordinasiyalı cavab barədə danışıb. Müzakirələrə Almaniya və Niderland liderləri, eləcə də Avropa Birliyi ölkələrinin bir sıra yüksək vəzifəli şəxsləri video vasitəsilə qatılıb.

Fransa və Almaniya Avropanın pasportsuz səyahət edilən Şengen zonasının sərhədinə daha sərt təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun