Vəkillər Kollegiyası tanınmış vəkil Aqil Layıcla bağlı intizam icraatına başlayıb.
İntizam icraatı jurnalist Vüsal Məmmədovun şikayəti əsasında başladılıb.
Vüsal Məmmədov bildirib ki, Aqil Layic bir müddət qabaq məni səbəbsiz yerə ağır formada təhqir etmişdi. Mən də onun haqqında Vəkillər Kollegiyasına şikayət və Məhkəməyə müraciət etdim. İnanıram ki, Vəkillər Kollegiyası da, Məhkəmə də ədalətli qərar çıxaracaqlar.
Aqil Layıc isə deyir ki, həmin şəxsə dair fikirlərim mənim şəxsi fikrimdir, ifadə azadlığımın parçasıdır və vətəndaş mövqeyimdir.
"Bundan əvvəl də həmin adamı cəmiyyətdə mənfi imicinə görə, insanların intim videosunu şərh etməsinə, verilişini intim video üzərində qurmasına görə tanımışam, bu isə fikrimdə mənfi asossiasiya yaradıbdır. Yenə də həmin fikirdəyəm. Ona qarşı işlətdiyim ifadələr məndən əvvəl də işlədilib və onun fəaliyyəti ilə birbaşa asossiasiya edilir. Bu məsələnin mənim vəkillik fəaliyyətimə aidiyyatı yoxdur", - deyə vəkil Aqil Layıc bildirib.
Vəkil deyib ki, bu gün saat 12-də iclas baş tutdu. Məni dinlədilər və bu yöndə iclas oldu. Orda da təkildə qeyd etdim ki, o, insanı mənim vəkilliyimin obyekti və subyekti olmamışdır.
O qeyd edib ki, mənimçün bu ölkədə ən ali dəyər hüququn aliliyinin təmin olunmasına fokuslanmışdır. Hüquq hər kəsə lazımdır, məhz bu səbəblədir ki, məndən şikayət edən özünü jurnalist adlandıran bu şəxs, başa düşməli idi ki, insanların şəxsi həyatını, intim videolarını efirdə vermək, təqdim etmək, komment vermək hüququn ali dəyərlərinə, mənəviyyəta ziddir, əxlaqsızlıqdır. Vətənini ən çox sevən hüquqlara hörmət edəndir və vəzifəsinin haqqını verəndir. Jurnalist intim videoları ilə gündəmə gəlməməlidir, şəxsi peşəkarlığı ilə gəlməlidir. Məhz tarix də Çingiz Mustafayev kimi şəxslərin dəyərli müharibəyə dair video reportajları üzərində qurulur, kiminsə intim videolarına fokuslanmaqla deyil.