Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsindən zərər çəkənlərə 3 milyon avro həcmində təcili yardım ayırıb.
TASS xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında deyilir.
“Avropa Komissiyası Dağlıq Qarabağ və ətrafındakı münaqişədən ən çox zərər görən mülki insanlara həyati vacib humanitar yardım göstərmək üçün əlavə 3 milyon avro ayırdığını elan edib. Bu vəsait oktyabr ayının əvvəlindən etibarən ayrılan 900 min avroya əlavə olaraq nəzərdə tutulub”, - bəyanatda qeyd olunub.