Abşeron rayonunda sexdə partlayış qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib.
Belə ki, sexdə yanğınla nəticələnən partlayış olub.
Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alanlar da var.