2020-ci il ABŞ prezident seçkiləri ərəfəsində politoloqlar və seçki hüququ üzrə ekspertlər ölkənin seçki günü və sonrakı həftələrdə qarşılaşa biləcəyi müxtəlif ssenarilər hazırlayıb.
Ehtimallar ya prezident Donald Trampın, ya da keçmiş vitse-prezident Co Baydenin açıq şəkildə qələbəsi və ya seçkilərin nəticələrini təsdiqləməli olacaq yeni Konqresin yanvar ayında işə başlamasınadək qeyri-müəyyən qalacağı arasında dəyişir.
Ekspertlərin fikrincə, bu seçkilərin qalibinin müəyyən edilməsi koronavirus pandemiyası ilə bağlı misilsiz qiyabi səsvermələrə görə çətin olacaq. Belə ki, hər bir ştatın səsvermərin hesablanmasına dair öz qanunları olduğu üçün səslərin sayılması günlər və ya həftələrlə vaxt ala bilər.
Siyasi tətlilçi Villiam Qalstonun "kabus ssenarisi" adlandırdığı ehtimal nəticələrin şübhə doğurduğu yaxın seçkilərin ölkədə xaosa səbəb olmasıdır.
Tramp dəfələrlə poçt vasitəsi ilə səsvermələrin nəticələrinin saxtalaşdırılacağını deyərək, məəğlub olduğu təqdirdə hakimiyyəti dinc yolla təhvil verməyəcəyi barədə xəbərdarlıq edib.
Bayden isə deyib ki, ədalərli hesablamalarla nəticələri qəbul edəcək.
ABŞ seçki sistemində prezident birbaşa səsvermə yolu ilə seçilmir. Bunun yerinə namizədlər ayrı-ayrı ştatlarda səsvermənin nəticələrinə əsasən formalaşan Seçki Kollegiyasının üzvlərinin əksər səslərini almağa çalışır.
Ştatda əhalinin sayı nə qədər çoxdursa, həmin ştatda qalib gələn namizəd Seçki Kollegiyasında daha çox səs alır.
Miçiqan 16, Pennsilvaniya 20 , Viskonsin isə 10 elektorat səsinə malikdir.
Elektorat demoqrafik və siyasi meyl baxımından seçkilərarası müddətdə bir o qədər dəyişmir. ABŞ-da prezident seçkiləri hər dörd ildən bir keçirilir və bu vaxt ərzində elektoratın tərkibi demək olar dəyişməz qalır, belə ki, ştatda yalnız müəyyən sayda adam səsvermə yaşına çatır, ölür və ya da ştatın hüdudlarından kənara köçür.
Müxtəlif ştatlarda keçirilən rəy sorğularıTrampın geridə qalmasına baxmayaraq, onun 2016-cı ildə olduğu kimi Seçki Kollegiyasında qalib gələrək seçicilərin səs azlığı ilə yenidən qalib gələ biləcəyini göstərir.
Seçki Kollegiyası növbəti prezidentin kim olacağını rəsmi olaraq təyin edən səsvermə üçün dekabrın 14-də bir araya gəlir. Namizədllər qələbə üçün 538 səsdən 270-ni qazanmalıdır. Səslər rəsmi olaraq yanvarın 6-da Namayəndələr Palatası və Senatın birgə iclasında sayılır.
Sistemdəki son problem 14 dekabrda prezidentə səs verməyə göndərilən bəzi seçicilərin "vəfasız" çıxması ehtimalıdır. İllər ərzində məhdud da olsa, seçicilər müəyyən bir namizədə səs versə də, Seçki Kollegiyasında fərqli bir namizədə səs verib.
Bir neçə ştat seçiciləri söz verdikləri kimi səs verməyə məcbur edən qanunvericilik qəbul edib və Ali Məhkəmə bu məhdudiyyətlərin qanuni olduğuna qərar verib.
"Vəfasız" seçicilərin seçkiləri təhrik etməyə çalışması mümkün ola bilər, lakin ekspertlər bunun müvəffəqiyyəti üçün həm çox yaxın bir seçki nəticəsi, həm də seçicilər arasında mümkün olmayan bir koordinasiya səviyyəsinin tələb olunduğunu deyir.
Belə bir ehtimal var ki, səslər hesablandıqdan sonra prezidentliyi qazanan olmaya bilər.
Hər iki namizəd 269 səs əldə edərsə, seçkidə kimin qalib gələcəyinə qərar vermək Nümayəndələr Palatasının üzərinə düşəcək. Ayrı-ayrılıqda səs verən 438 üzvün hamısının səsi əvəzinə hər bir ştatın nümayəndə heyətləri bütöv olaraq səs verir, bu isə hər bir ştatın hakim partiyanın səslərinə nəzarət etməsi deməkdir.
Belə bir nəticə ilə Vayominq təqribən 600.000 vətəndaşı Kaliforniyada isə 40 milyon vətəndaşı ilə prezidentin seçilməsində böyük təsir gücünə sahib ola bilər.
Qeyd etmək vacibdir ki, bu ssenarilər mümkün olsa da, onların əksəriyyətinin yaranma ehtimalı çox azdır.