ABŞ seçkilərində səslər sayılır

ABŞ seçkilərində səslər sayılır
4 Noyabr 2020
Mətni dəyiş

Çərşənbə axşamı gecə ABŞ-ın şərq sahilləri boyunca ştatlarda seçki məntəqələrində səsvermə başa çatdıqca prezidentliyə Respublikaçı və Demokrat namizədlər nəticələri izləyirlər. 3 noyabr seçki günü Prezident Donald Tramp və sabiq Vitse-Prezident Co Bayden arasında qızğın siyasi yarış kimin növbəti dörd ildə Ağ Evə sahib olacağını müəyyənləşdirir.

ABŞ-ın mərkəzi İndiana ştatında Tramp gözlənildiyi kimi qələbə çalıb. Prezident oxşar nəticəni qonşu Kentaki ştatında sərgiləyib. Amerikanın Səsi Respublikaçı namizədin habelə Alabama, Arkanzas, Cənubi Dakota, Tennessi və Oklahoma ştatlarında qalib gələcəyini proqnozlaşdırır.

Demokrat namizəd Co Bayden öz növbəsində Vermont, Massaçusets, Delaver, Merilənd ştatlarında rəqibini üstələməkdədir.

Namizədlərin hər ikisi partiya tərəfdarlarının çoxluq təşkil etdiyi ştatlarda qələbə çalmağa yaxın olsalar da, əsas diqqət ictimai dəstəyin təqribən bərabər səviyyədə olduğu güman edilən ştatlara yönəlib.

Şərq ştatlarında səs sayımı davam etdiyi bir məqamda qərb vaxt zonasındakı ştatlarda səsvermə hələ də gedir.

Ölkənin bir sıra bölgələrində səsvermək üçün insanların uzun növbələrə dayandıqları xəbər verilib.

Pennsilvaniya, Ohayo, Texas və Corciya ştatlarında səsvermə cihazlarında müəyyən problemlərin yaşandığı haqda məlumatlar daxil olub.

Federal Təhqiqat Bürosu (FBI) bəzi ştatlarda vətəndaşları səs verməkdən çəkindirən robo-zəngləri araşdırdığını biıdirib. Lakin bəzi gözləntilərin əksinə olaraq məntəqələrdə irimiqyaslı ixtilaflar qeydə alınmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun